Sarışın qızların toruna düşən səfirlər, dövlət başçıları – Şok faktlar

2171

SSRİ kəşfiyyat xidməti xarici diplomatları və casusları yalnız cinayət başında, çıxılmaz vəziyyətdə yaxalayaraq özünə bağlamayıb. Eyni zamanda onlarla xarici diplomat və casus KQB-nin sarışın qızlarının tələsinə düşərək, SSRİ kəşfiyyatının casus şəbəkəsinə qatılıb.

Teleqraf.com KQB-nin sarışın qızlarının toruna düşən xarici diplomat və casuslar haqqında yazını təqdim edir.

1980-cı illərin ortalarında ABŞ-ın Moskva səfirliyində mühafizə xidmətində işləyən Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinin zabiti Kleyton Lointri KQB-nin sarışın casusunun “yem”i olub. Əslində səfirlikdə işləyən hamı kimi Lointriyə də SSRİ qadınları ilə əlaqəyə girmək qadağan olunmuşdu. Lakin KQB-nin qadın casusu Violetta Seyna gənc ABŞ zabitini ələ keçirməyi bacarıb. Onların münasibətlərin başlayandan az sonra amerikalı zabit sovet kəşfiyyatının tələsinədüşüb. KQB Lointrini şantaj etdikdən sonra zabit ABŞ səfirliyinin məxfi planlarını Moskvaya vermək məcburiyyətində qalıb. Ən önəmlisi odur ki, SSRİ kəşfiyyatı Lointrini tora saldıqdan sonra ABŞ-ın Rusiyadakı casuslarının məxfi siyahısını ələ keçirib.

Kanadanın Moskvadakı səfirliyində çalışan Roy Guindon da tələyə düşən diplomatlardan olub. 1959-cu ildə KQB Royun qadın düşkünü olduğunu fərq etdikdən dərhal sonra hərəkətə keçib. KQB casusu Larisa Dubanova ilk olaraq diplomatla tanış olub. Daha sonra bu iki şəxs arasında böyük eşq yaşanıb. Aradan bir neçə ay keçdikdən sonra Larisa hamilə olduğunu açıqlayaraq, kanadalı diplomatı ovcunun içinə salıb. Sevgilisinin təhdidlərindən küncə sıxışan diplomat KQB ilə işləməyə razılaşıb. Bir neçə ildən sonra Kanada kəşfiyyatı Roy Guindonun SSRİ-yə casusluq etdiyini ortaya çıxarıb.

KQB-nin gözəlçələri bu yolla Fransanın Moskvadakı səfirini də ələ keçirməyə nail olublar. 1955-ci ildə Fransanın Moskvadakı səfiri Moris Dejan rus sənətçisi Larisa Kronberq Sobolevskaya ilə tanış olub. Əslində Sobolevskya sənətçi kimi tanınsa da, KQB-nin ən təcrübəli casuslarından olub. Səfirlə sənətçinin əlaqələri getdikcə inkişaf edib. Daha sonra əvvəlcədən planlaşdırılan səhnəyə əsasən, Larisa və Moris Dejan otaqda ikən evə sözdə Larisanın qısqanc əri hücum edib. Saxta ər səfir haqqında mətbuata danışacağını, habelə onu məhkəməyə verəcəyini deməklə diplomatı qorxudur. Larisanın “əri” daha sonra skandalın baş verməməsi üçün səfirə KQB ilə əməkdaşlıq etməyi təklif edir. Baş verənlərdən xəbərdar olan Fransa rəhbəri general De Qoll səfiri tənqid edərək “Moris işləmək əvəzinə qarşısına çıxanları yatağa aparır” deyərək səfiri məzəmmət edib.

KQB-nin ən ilginc şantaj hadisəsi İndoneziya dövlət başçısı Əhməd Sukarnonun başına gətirilib. 1960-cı ildə Moskvaya səfər edən İndoneziya dövlət başçısı üçün xüsusi otaq hazırlanıb. Otaqda onu tələyə salmaq üçün dövlət başçısını gözləyən sarışın KQB casusları hədəflərinə nail olublarlar. Hadisənin səhəri günü otaqda baş verənlərin kaseti İndoneziya dövlət başçısının təqdim edilir. Məqsəd onu casusluğa cəlb etmək olur. Hadisəni sakit qarşılayan Əhməd Sukarno KQB əməkdaşlarından xahiş edir ki, kasetin bir neçə sürətini də ona versinlər. İndoneziya lideri çox sakit şəkildə “bu kasetin sürətini mənə verin, bunu ölkəmin kino zallarında nümayiş etdirməyi düşünürəm. Xalqım mənim kimi liderilə fəxr edəcək” ifadəsindən istifadə edir. Beləcə KQB-nin ən ilginc şantaj planı baş tutmur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər