Ermənistan prezidenti Serj Sarkisyana öz ölkəsində azərbaycanca müraciət edilib.
Seçkiqabağı kampaniya çərcivəsində Sarkisyan Vardanesdə (Basarkeçər) yaşlı bir şəxs mədhiyyə oxuyub.Kağızdakı mətni oxuyan kişi sonda belə deyib: “İndi mənim mətnimdən aralanaq. Mən ürəkdən sizə bir-iki kəlmə deyəcəm”.
Yaşlı kişi ürəkdən Azərbaycan dilində danışmağa başlayıb.
Sarkisyan ona cavab verib: “Deyəsən siz keçmiş üçün darıxmısınız?”. Kişi dediklərini erməni dilinə tərcümə etməyə çalışanda isə Sarkisyan tərcüməyə ehtiyac olmadığını deyib. “Yəqin siz unutmusunuz ki, mən bu dildə başa düşürəm”.
Kişinin ürəkdən dedikləri sözlər isə bundan ibarət olub: “Söz qiymətlidir. Xüsusilə də kişinin və prezidentin sözü. Onu tapdalamaq lazım deyil”.
anspress
Bax bu kisi duz deyib ozude urekden
“Söz qiymətlidir. Xüsusilə də kişinin və prezidentin sözü. Onu tapdalamaq lazım deyil”.
Sarkisyan kisi olsaydi sozunun ustunde durmazdi.O esl RUS matrushkasidir. birinin icind 15-i.