SDU-da akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

703

Bu gün Sumqayıt Dövlət Universitetində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Nadir Qəhrəmanov oftalmoloq alimin həyat yolu, eləcə də oftalmologiya sahəsindəki xidmətləri barədə məlumat verdi. Rektor qeyd etdi ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır: “Zərifə xanım 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük xidmətləri olmuşdur. Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr vermişdir. 1981-ci ildə Zərifə Əliyeva yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür”.

Sonra tədbirdə görkəmli oftalmoloq alimin həyat və peşə fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş etdirildi.

Daha sonra çıxış edən Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev akademik Zərifə Əliyevanın həyat yolu barədə bir sıra məlumatları diqqətə çatdırdı.

Akademik Ü.Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva görkəmli oftalmoloq alimin peşə fəaliyyəti barədə danışdı, onun oftalmologiya sahəsindəki tədqiqatlarının nəticələrindən istər həmin dövr, istərsə də sonrakı illərdə geniş şəkildə istifadə olunduğunu söylədi.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, yazıçı Hüseynbala Mirələmov isə görkəmli alimin həyat və peşə fəaliyyətindən bir sıra məqamları diqqətə çatdırdı. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər