Sumqayıt Dövlət Universitetində əmək yarmarkası keçirilib. “Karyerada ilk addım” devizi altında keçirilən yarmarka Sumqayıt şəhər Məşğulluq Mərkəzi və Sumqayıt Dövlət Universiteti tərəfindən təşkil olunub.
Yarmarkada ayrı-ayrı idarə və müəssisələr iştirak edərək öz vakansiyalarını təklif ediblər. Ümumilikdə, tədbirdə 19 müəssisə 117 vakant yerlə iştirak edib.
Bununla yanaşı Sumqayıtda və digər regionlarda iş yerləri barədə tələbələrin elektron olaraq məlumat alması üçün universitetin birinci mərtəbəsində terminal quraşdırılıb. Bu elektorn köşk vasitəsilə ölkənin istənilən yerində iş təklifləri və şərtləri barədə məlumatları əldə etmək mümkündür.
Sumqayıt şəhər Məşğulluq Mərkəzindən verilən məlumata görə yarmarkada 35 nəfərə işlə bağlı göndəriş verilib, 11 nəfər isə peşə kurslarına yönəldilib.