Filologiya fakültəsinin Dil və ədəbiyyat kafedrasının dosenti İlahə Vəliyevanın təşkilatçılığı ilə Milli mətbuatın yaranmasının 150 illiyinə həsr olunmuş “Milli Mətbuat – 150 il: dünəni və bu günü” adlı tədbir-tamaşa keçirilib.
Tədbirdə “Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabinin obrazını tələbə Murad Hümbətov canlandırıb. O, 1975–1977-ci illər ərzində Zərdabi və onun silahdaşlarının marifçilik, elm və təhsil yolundakı əməllərinin boşa getmədiyini əks etdirən monoloqla çıxış edib. Onun çıxışı iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tədbirin əsas fərqləndirici cəhətlərindən biri isə ideyaya əsaslanan səhnəciklər olub. Səhnələrdə “Əkinçi” qəzetinin simvolik olaraq hələ də fəaliyyət göstərməsi və bu mətbuat orqanının ideyalarının bu gün də yaşaması vurğulanıb.
Müzakirə qapadılmışdır.