SDU-da Rafiq Yusifoğlunun 18 cildlik “Seçilmiş əsərləri”nin təqdimatı keçirildi

1131

24 may 2024-cü il tarixində SDU-nun Filologiya fakültəsinin professoru, Əməkdar mədəniyyət işçisi, tanınmış şair, ədəbiyyatşünas alim Rafiq Yusif oğlu Əliyevin 18 cildlik “Seçilmiş əsərləri”nin təqdimatı keçirildi. Tədbirdə Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, AYB-nin “Poeziya Seksiyası”nın rəhbəri İbrahim İlyaslı, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Tarix və coğrafiya fakültəsinin dekanı prof. Adil Baxşəliyev, Elmi kitabxananın əməkdaşları, Filologiya fakültəsinin professor- müəllim heyəti və tələbələri iştirak etdilər.
Tədbirdə giriş sözünü Filologiya fakültəsinin dekanı dos. Günel Paşayeva söylədi. O Rafiq müəllimin daha çox alimlik fəaliyyətindən, dərslik və monoqrafiyaları haqqında danışdı.
Təqdimatda Rafiq Yusifoğlunun həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirildi, tələbələrin ifasında şeirlərindən nümunələr söylənildi. Təqdimatda Filologiya fakültəsinin professorları -Avtandil Məmmədov, Ramazan Məmmədov, Aslan Bayramov, Nigar İsgəndərova, fakültənini dosentləri – Nemət İbayev və Törə Məmmədova və Tarix və coğrafiya fakültəsinin dekanı prof. Adil Baxşəliyev çıxış edərək, onun yaradıcılığını müxtəlif aspektlərdən təhlil etdilər.
Tədbirin sonunda Rafiq Yusifoğlu 18 cildlik “Seçilmiş əsərləri”nin bir nüsxəsini SDU-nun kitabxanasına bağışladı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər