Sumqayıt Teatrının əməkdaşlarına Prezident mükafatı verildi – Adlar

297

İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib. Mükafat alanlar arasında Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyət üzvləri də var. 

Mükafata layiq görülən teatr xadimləri aşağıdakılardır:

  • Firudin Məhərrəmov — Xalq artisti, Yaradıcılıq şöbəsinin müdiri
  • Sədaqət Nuriyeva — Əməkdar artist, dram artisti
  • Habil Xanlarov — dram artisti

Qeyd edək ki, uzun illər Azərbaycan teatr sənətinin inkişafına töhfə verən sənətkarların dövlət səviyyəsində qiymətləndirilməsi ölkəmizdə mədəniyyətə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər