SDU-da Təhsil tələbə kreditinin verilməsi ilə bağlı tələbələrlə görüş keçirildi

1036
Mayın 4-də Sumqayıt Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayevin və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü, deputat Müşfiq Məmmədlinin tələbələrlə görüşü keçirildi.
Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitet ilə daha sıx əməkdaşlıq etmək imkanlarını nəzərdən keçirmək idi.
Öncə SDU-nun rektoru professor Elxan Hüseynov,Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və Milli Məclisin deputatı Müşfiq Məmmədli universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq qonaqları və iştirakçıları salamladı, daha çox həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin verilməsi məqsədinə xidmət edən Təhsil Tələbə Krediti Fondunun önəmini vurğuladı.
Tədbirdə Milli Məclisin Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü, deputat Müşfiq Məmmədli çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticəsindən danışaraq qeyd etdi ki, bu gün ölkədə gənclərə, o cümlədən ali təhsil müəssisələrində təhsil alan tələbələrə xüsusi diqqət göstərilir.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verdi. Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğuladı.Qeyd etdi ki, Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hər kəs üçün, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxsləri üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Görüşdə elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirildi, mövzuya dair suallar cavablandırıldı və səsləndirilən təkliflər dinlənilərək qeydə alındı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər