SDU: “Tələbənin bıçaqlanması universitetin qarşısında baş verməyib”

1054
Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı açıqlama yayıb.
sumqayitxeber.com açıqlamanı təqdim edir: “Bəzi saytların verdiyi məlumata görə bu gün Sumqayıt Dövlət Universitetinin qarşısında bıçaqlanma hadisəsi baş verib. Qeyd edək ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar. Məlum hadisə isə aprelin 14-də Sumqayıt şəhər Yaşıldərə yaşayış massivi ərazisində baş verib.
Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi  aprelin14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanmışdır. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, O nümunəvi tələbələrdən biridir. Hal-hazırda vəziyyəti qənaətbəxşdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər