İnsan Hüquqları üzrə Hüquqsünaslar Komitəsinin həyata kecirdiyi “Secki hüquqları üzrə pulsuz hüquqi yardim” layihəsinin Sumqayıt ofisi (11-15 oktyabr tarixinə) qısa hesabatını açıqlayıb.
Məlumatda göstərilir ki, hesabat dövründə hüquqi yardımı ğöstərən Mərkəzə asağıda adlari sadalanan səxslar onların barəsində və seçki prosesinin gedişatında baş vermiş qanunsuzluqlar və nöqsanlar barədə məlumat veriblər:
1. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Oqtay Ağça oğlu Tahirovun namizədliyi qeydə alınmamışdır. Əsas kimi onun topladığı imzaların bir qismində ünvanların yarışçıq yazılması, digər qismində imzaların bir-birlərinə oxşar olmaları əsas götürülmişdir. Maraqlıdır ki, mütəxəssis öz rəyində bu imzaların eyni şəxs tərəfindən icra edilməsini “ehtimal” edildiyini qeyd etdiyi halda, DSK bu ehtimalı qəti rəy kimi qəbul edərək imzaları etibarsız saymışdır. Bundan başqa, imzaların 29 ədədi müxtəlif əsaslarla iki dəfə etibarsız hesab olunmuşdur. Digər əsas kimi isə imza vərəqələrində ünvanlar qrafasında yalnız yaşayış məntəqəsinin (Masazır,Saray və s.) adlarının yazılması göstərilmişdir. Namizədə işçi qrupunun və DSK-nın iclasında iştiraka imkan verilmədiyindən o, imzalara olan iradlar barədə izahat verə bilməmişdir. İşçi qrupunun rəyi, protokolu və cədvəl ona komissiyanın iclasından sonra, özü də yazılı tələbindən sonra təqdim edilmişdir. MSK-ya şikayət hazırlanan zaman namizədin topladığı sübutlar təsdiq edir ki, bir sıra seçicilərin şəxsiyyət vəsiqəsində ancaq yaşayış məntəqəsinin adları yazılmışdır. 100 qədər seçici MSK-ya yazılı müraciət edərək imza vərəqələrində imzaların özləri tərəfindən icra olunduğunu təsdiq etmişdirlər. Bütün bu halları işçi qrupu və ya DSK da müəyyən etmək imkanlarına malik olduqları halda, bunların heç birini etməmişdirlər.
2. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin DSK-sı həmin dairədən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Məmmədov Xəyyam Məhərrəm oğlunun namizədliyini qeydə almamışdır. Namizədə nə DSK-nın iclasından əvvəl, nə də sonra işçi qrupunun protokolu, rəyi və cədvəl təqdim edilməmişdir. Hansı əsaslarla və hansı imzaların etibarsız sayılması barədə onda heç bir məlumat yoxdur. Hətta yazılı ərizə ilə müraciət edərək bu sənədləri tələb etsə də, DSK-nın sədri onları təqdim etməkdən imtina etmişdir.
3. 12 saylı Qaradağ-Bunəqədi-Yasamal seçki dairəsindən namizədliyi “İnsan Naminə” siyasi partiyalar bloku tərəfindən irəli sürülmiş Məhərrəmov Vahid Eyyub oğlunun namizədliyi DSK tərəfindən qeydə alınmamışdır. DSK-nın əsas iradı o olmuşdur ki, imza vermiş seçicilərin şəxsiyyət vəsiqələri barədə kompyuter sistemində məlumat yoxdur. Bu faktın araşdırılması DSK-nın vəzifəsi olduğu, o bunu etmədən namizədin qeydə alınmaması barədə qərar qəbul etmişdir. Ən aqəribəsi budur ki, işçi qrupu namizədin eyni zamanda onun səlahiyyətli nümayəndəsi olan həyat yoldaşının şəxsiyyət vəsiqəsini də etibarsız hesab etmişdir. Halbuki bir qədər əvvəl DSK bu şəxsiyyət vəsiqəsi ilə onun bu statusunu rəsmiləşdirmişdir. Namizəd həmin seçicilərin şəxsiyyət vəsiqələrinin surətlərini toplayaraq şikayət ərizəsi ilə birlikdə MSK-ya təqdim etmiş və yalnız bundan sonra onun namizədliyi qeydə alınmışdır.
4. Bu blokun digər namizədi Hümbətov Əvəz Bəbirxan oğlunun (Əvəz Teymurxan) namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsinin DSK-sı qeydə almaqdan imtina etmişdir. Əsas kimi imza vermiş seçicilərin bu seçki dairəsinin dislokasiyasından kənarda yaşamaları göstərilmişdir. Halbuki dərc olunmuş bütün dislokasiyalarda həmin ünvanların məhz bu dairəyə aid olması öz əksini tapmışdır. Digər əsas kimi müəyyən olunmuş yaş həddinin keçməsi ilə əlaqədar bir çox şəxsiyyət vəsiqələrinin etibarsızlığı göstərilmişdir. Lakin imza vərəqələrinə adi baxış belə bu iradların çoxunun əsasız olduğunu aşikar etməyə imkan verir. Bu namizədə də işçi qrupunun iclasında iştirak etməyə imkan verilməmiş, yoxlamanın nəticələri barədə rəy, protokol və cədvəl təqdim olunmamışdır. Hətta DSK-nın iclasından sonrada namizədin yazılı tələbinə baxmayaraq rəy və cədvəlin ona təqdim olunmasından imtina edilmişdir.
Bu namizədlərin hamısı Mərkəzdə olmuş, onlar üçün MSK-ya şikayətlər hazırlanmış, lazımi sənədlərin toplanmasına yardım edilmişdir. Artıq deyildiyi kimi onlardan birinin – Vahid Məhərrəmovun namizədliyi MSK tərəfindən qeydə alınmışdır.