Səfir: Azərbaycan xalqı Çinin epidemiyaya qalib gələcəyinə inanır

838

Azərbaycan xalqı koronavirus epidemiyasının yaratdığı çətin günlərdə dost Çin xalqı ilə həmrəydir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallının “china.com.cn” xəbər portalında və Çinin digər onlayn xəbər saytlarında yer alan videomüraciətində qeyd olunur.

Səfir hökumətin atdığı addımlar və xalqın əzmkarlığı, səbri nəticəsində Çinin çox qısa zamanda bu bəlanın öhdəsindən gələcəyinə, ölkənin yenidən inkişafa davam edəcəyinə inandığını deyib. Bu ağır günlərdə xüsusilə Uxan sakinlərinə səbir, əzm və möhkəm cansağlığı arzulayan diplomat infeksiya nəticəsində xəstələnənlərə tezliklə sağalmağı diləyib.

Qeyd edək ki, Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 31 min 252, bu virus səbəbindən ölənlərin sayı 637, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 26 min 359 nəfərə çatıb. Virusa yoluxanlardan 4821 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 314 min nəfər müəyyən edilib, onlardan 186 mini hazırda həkim nəzarəti altındadır.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə, 266 nəfər bu virusa yoluxub. Çinin hüdudlarından kənarda – Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər