Şəhər sakini bıçaqlanaraq öldürüldü

734

Sumqayıtda qətl törədilmişdir. Hadisə sentyabrın 19-da təxminən saat 21.30-da baş vermişdir. Şəhərin 36-cı məhəlləsindəki 18 nömrəli evin sakini 1966-cı il təvəllüdlü Vahabov İlyas Abbas oğlu yaşadığı blokun girəcəyində naməlum şəxslər tərəfindən bıçaqlanmışdır. Yaralını təcili tibbi yardım xəstəxanasına çatdırmışlar.
Sumqayıt Polis İdarəsinin növbətçi hissəsində bu informasiyanı təsdiq edərək bildirmişlər ki, xəstəxananın reanimasiya şöbəsinə çatdırılmış İ.Vahabov aldığı yaralardan sentyabrın 20-də ölmüşdür. Məlum olmuşdur ki, zərərçəkənin kürək nahiyəsinə kəsici-deşici alətlə üç yara vurulmuşdur.
Hadisə ilə əlaqədar istintaq-əməliyyat qrupu yaradılmışdır. Günahkarların tutulması üzrə fəal tədbirlər görülür.
Hadisənin araşdırılması ilə Sumqayıt Prokurorluğu məşğul olur. AzərTAC, Ətrabə Rzayeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər