Şəhərimizdə alternativ enerjidən istifadə qaydaları ilə bağlı geniş maarifləndirmə işləri aparılır

909

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ekoloji maarifçilik və monitorinq İctimai Birliyinin həyata keçirdiyi “Sumqayıt şəhərində yerli icra orqanları nümayəndələrinin, özəl sektor nümayəndələrinin  və əhalinin digər təbəqələrinin alternativ enerjidən istifadə sahələri üzrə maarifləndirilməsi” adlı layihəsinə icrasına start verilmişdir.

Layihə çərçivəsində əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə 15 avqust 2011-ci il tarixində Sumqayıt şəhər Sülh Prospekti 30-cu məhəllə “Xəzər” Səhimdar Cəmiyyətinin Konfrans zalında  “İqlim dəyişmələri və alternatlv enerjidən istifadə qaydaları” mövzusunda həyata keçirilmiş layihələrin yekun müzakirəsinə aid dəyirmi masa keçirib.

Tədbir zamanı çıxış edən lahiyə rəhbəri Qəmzə Yusubova bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi Sumqayıt ictimayyətini alternativ enerjidən istifadə qaydaları ilə bağlı geniş maarifləndirmə işi aparmaqdan ibarətdir. Sumqatıtda alternativ enerjidən istifadə baxımından geniş imkanlar olduğunu qeyd edən Qəmzə Yusubova alternativ enerjidən istifadənin həm iqtisadi həm də ekoloji səmərəsinin olduğunu deyib

Dəyirmi masada layihənin həyata keçirildiyi Sumqayıt şəhərində yerli icra orqanları, bələdiyyə nümayəndələri, digər hüquqi şəxslər, o cümlədən kiçik təsərrüfat sahəsində çalışan əhaliyə iqlim dəyişmələri və tükənməyən enerji mənbələri, onun növləri,“yaşıl iqtisadiyyat” haqqında kifayət qədər məlumat verilib.

Layihə çərçivəsində  özəl sektorda tükənməyən enerji mənbələrindən istifadə  üzrə geniş təbliğat kampaniyası keçiriləcəkdir. Burada yerli əhaliyə gözlənilən iqlim dəyişmələri və onu yaradan səbəblər, neft və qazın tükənən sərvət olduğu  və bu sərvətlərin istifadəsi  zamanı çoxlu tullantıların atılması və bunun yaratdığı ekoloji problemlər haqqında məlumatlar verilmişdır.

Həmçinin davamlı inkişaf üçün alternativ enerjidən istifadənin əvəzsiz olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Dəyirmi masada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim dəyişmələri və azon mərkəzinin direktoru Gülmalı Süleymanov aparıb.

Dəyirmi masada aidiyyatı dövlət qurumlarının, yerli icra hakimiyyətinin nümayəndələri iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər