ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin kimya müəssisələrində metrologiya və avtomatika sahəsində çalışmaq istəyən ali və peşə yönümlü təhsilə malik gənc kadrların işə qəbulu ilə bağlı müsabiqə keçirilib.
Sınaq yoxlama imtahanında iştirak edənlər 15-i ixtisas yönümlü, 5-i texniki-təhlükəsizlik sahəsi üzrə olmaqla 20 sualı cavablandırıblar. Birliyin metrologiya və avtomatika sahəsində çalışan təcrübəli mütəxəssislər tərəfindən hazırlanmış test sualları bu sahədə çalışmaq arzusunda olan gənclərin hazırlıq səviyyəsini kifayət qədər düzgün və obyektiv qiymətləndirməyə imkan verilmişdir. Müsabiqədə iştirak edənlərin 19 nəfəri Sumqayıt Dövlət Universitetinin, 6 nəfəri ADNA-nın, 1 nəfəri Azərbaycan Texniki Universitetinin, 4 nəfəri isə Sumqayıt 2 saylı peşə liseyinin məzunları olmuşlar. Iştirakçıların nəticələri “Azərikimya” İB-nin təcrübəli mütəxəssislərindən təşkil olunmuş xüsusi komissiya tərəfindən aparılan yoxlamadan və fərdi söhbətdən sonra məlum olacaq.