Şəhid olan 23 yaşlı əsgərimiz – “Allah bizi şəhidliyə layiq bilsin…”

1986

Müdafiə Nazirliyi mətbuat xidmətinin dünənki açıqlamasında deyildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

sumqayitxeber.com -un Virtualaz.org-a istinadən məlumatına görə, 23 yaşlı İbrahim Mənəfov hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsindən ötən ilin iyul ayında ali məktəbi bitirdikdən sonra çağırılıb. Ailədə 2 qardaşdırlar. Şəhidin qardaşı da hərbi xidmətini bir neçə ay əvvəl başa vurub.

Neftçala RİH-dən verilən məlumata görə, şəhid əsgər bu gün Neftçala rayonunun Bankə qəsəbəsindəki “Seyidlər” qəbristanlığında torpağa tapşırılacaq.
Dünən axşam isə Neftçala RİH-in rəhbərliyi və rayon ictimaiyyəti şəhidin Bankə qəsəbəsindəki evində toplaşıb.

Şəhid olmuş neftçalalı gənc İbrahim Manafov 2014-cü ilin avqust döyüşləri zamanı, hələ tələbə ikən yazıb: “Müharibə qaçılmazdır və hər bir Azərbaycan vətəndaşının da borcudur… Mən də bunu özümə Qarabağ müharibəsi barədə eşidəndən borc bilmişəm və borcumu mütləq qaytarmalıyam… Allah bizi şəhidliyə layiq bilsin, inşallah!”.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər