İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində həlak olan AZTV-nin şəhid operatoru Sirac Abışovun doğulduğu kənddə çəkdirdiyi görüntüləri paylaşılıb.
Görüntüləri AZTV yayımlayıb.
Videoda Sicar Abışovun 4 yaşında çıxdığı kəndinə 28 il sonra qayıtması əks olunub.
“28 ildən sonra doğulduğum və uşaqlıq illərimi yaşaya bilmədiyim kəndə gəlmişəm”, – deyə o bildirib.
Həmin görüntüləri təqdim edirik: