Şəhidin arvadı qaynı tərəfindən öldürüldü

1001

Xızıda qadın öz qaynı tərəfindən qətlə yetirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Giləzi qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini Ləman Qurbanovanın ailə münaqişəsi zəminində qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Dərhal hadisə yerinə polis əməkdaşları gedib. T.Qurbanov polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub.

Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Saleh Qurbanov Prezident İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər