Şəhidin yeni doğulan qardaşı sağalaraq evə buraxılıb

735
Vətən müharibəsi şəhidinin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Sumqayıt Perinatal Mərkəzinə təxliyə olunan Vətən müharibəsi şəhidi Araz Seyfullayevin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb.
04.06.2024-cü il tarixində Masallı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpə tənəffüs çatışmazlığı səbəbilə Sumqayıt Perinatal Mərkəzinə təxliyə olunub. Neonatal reanimasiya və intensiv terapiya bölməsinə yerləşdirilən körpə süni ventilyasiya aparatına qoşulub.
Körpədən zəruri müayinələr götürülüb və adekvat müalicə tədbirləri görülüb. Həkimlərin səyi nəticəsində sağlamlığına qovuşan yenidoğulan sağalaraq evə buraxılıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Araz Seyfullayev Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli və Cəbrayıl rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 4 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər