Şəhidlərimizi və amallarını unutmayaq!

1936

DSC01760Keçən il 20 yanvar tarixində qarşılaşdığım hadisə hələ də yadımdan çıxmır və o zaman bu yazını yazmasam da bu gün yazmağı və sizlərlə bölüşmək istədim.

Bir çoxları kimi mən də həmişə düşünmüşəm ki, biz unutqan xalqıq və başımıza gələn hadisələri tez unuduruq. Ancaq keçə il qarşılaşdığım bir hadisə zamanı bu qənaətə gəldim ki, heç də hər birimiz unutqan deyilik.

“20 yanvar” şəhidlərini xatırlamaq üçün bir çox vətəndaşlarımız kimi mən də şəhidlər xiyabanına üz tutmuşdum. Sumqayıt-Bakı marşurutunda bir çox insanın şəhidlər xiyabanına getməsi açıq-aşkar sezilirdi. Qarşımızda əyləşmiş yaşlı qadın və nəvəsinin də əllərində qərənfil var idi və avtobusa minərkən diqqətimi cəlb etmişdi. Qadının yol boyu özünü çox pis hiss etməsi diqqətimi cəlb elədi və avtobus son dayanacaqda dayanarkən yaşlı qadının özünü daha da pis etməsini nəzərə alaraq kömək elədik və qadın bir neçə addım atdıqdan sonra əhvalı daha da pis oldu. Ürək dərmanı istədi və yaxınlıqdakı aptekdən dərman aldıq və içdikdən bir neçə dəqiqə sonra əhvalı düzəlməyə başladı. Qadının israr etməsi və şəhidlər xiyabanına gedə bilməsə əhvalının daha da pis olacağını bildirməsini nəzərə alaraq düşündüm ki, öz övladını yad etməyə gedir. Danışarkən ürəyinin toxtamasını nəzərə alaraq bir neçə sual verdim və məlum oldu ki, qadın oğlunun əsgər yoldaşının üstünə gedir. Döyüş zamanı oğlu ilə bir yerdə olan gənc onu xilas edərkən özü minaya düşüb və həlak olub.

Yaşlı qadın hər il şəhidlər xiyabanına gəldiyini və oğlunun xilaskarını və digər Şəhidlərimizi yad etdiyini qeyd elədi. Hətta ötən il şəhidlərimizi ziyarət edən izdihamın içində özünü daha da pis hiss etməsini və xəstəxanaya aparılmasını da danışdı. Oğlunun xaricdə olmasını və hər il zəng edib xilaskarını yad edib etməmələri ilə maraqlandığını danışan qadın, yanındakı uşağı göstərərək – atası bu uşağın adını da xilaskarının adını (yanılmıramsa adı İlham idi) qoyub, bu il özümlə gətirmişəm ki, yolda başıma bir iş gəlsə heç olmasa ünvanımızı desin.

Biz şəhidlərimizi və onların amalını unutmamalıyıq!

Onlar torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etdilər!

Onlar müstəqilliyimiz və azadlığımız uğrunda döyüş meydanına atıldılar və ŞƏHİDLİK zirvəsinə ucaldılar.

Bu gün biz onları əvəz etməliyik və ərazi bütövlüyümüzü təmin etməliyik.

Əgər Şəhidlərimizin ruhunun şad olmasını və rahat uyumasını istəyiriksə, o zaman ərazi bütövlüyümüzü bərpa etməliyik!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Yanvar 20, 2010 - 19:14

    Bu yazilari oxuyub tesirlenmemek mumkun deyil.Esker yoldasini xilas etmek ucun canindna kecib.Ne yaxsi ki,bunlar da unutmurlar hemise yad edirler onu.
    Ne bilim valla..Mene dogurdan tesir eledi yazi.Allah butun ssheitlerimize rehmet elesin.20 yanvar sehitlerimize de .Qarabag muharibesinde canindan kecen baci-qardaslarimiza da Allah rehmet elesin.Qebrleri nurla dolsun.Sag olun yaizni bizimle bolusduyunuz ucun

  • Nurane
    Yanvar 27, 2010 - 15:09

    Hec bir sehid yaxinlari menden incimesin.Bu yazidan sonra mende bir sual yarandi ki,goresen hemin qadin o sehidi oglunun xilaskari olmasa idi,yene ziyaret edecekdimi.umumiyyetle,her il tekce Matem gunlerinde deyi,aradabir olsa da konullu Sehidlerimizin mezarini ziyaret edenler goresen ne qederdir?Insanlar mutleq neyese gorese o mezarlari ziyaret edirlerse,getmeseler yaxsidir….

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər