“Şəhidlik Tanrı hədiyyəsidir” adlı kitab oxuculara təqdim edilib

529

Sumqayıt şəhər Poeziya evində Vətən müharibəsinin şəhidi Səbuhi Həsənquliyevin anası Maisə Səbuhinin “Şəhidlik Tanrı hədiyyəsidir” adlı kitabının təqdimatı olub. Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şair və yazıçılar, sənət adamlarının da iştirak etdiyi tədbir “Şəhid analarına dəstək” İctimai Birliyinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Təqdimat Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənin bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəllif “Şəhidlik Tanrı hədiyyəsidir” kitabının Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərə həsr etdiyi şeirlərdən ibarət olduğunu bildirib. O, kitabın “Azəri” poliqrafiyanın direktoru Mirfazil Əliyevin maddi dəstəyi ilə nəşr olunduğunu minnətdarlıq hissə ilə vurğulayıb.

Şəhid general Polad Həşimovun anası Səmayə xanım, “Şəhid analarına dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, şəhid Əlizamin Mustafalının anası Ülviyyə xanım və digərləri çıxış edərək, kitabın gənc nəslin formalaşmasında rolundan, vətənpərvərlik duyğuları aşılamağından danışıblar.

Sonda vətənpərvərlik mahnıları ifa olunub, şeirlər səsləndirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər