Şəhriyar Məmmədyarov ABŞ-da superturnirdə iştirak edəcək

933

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov avqustun 19-da ABŞ-ın Sent-Luis şəhərində start götürəcək Sinkfild Kuboku superturnirində iştirak edəcək.

“Report” xəbər verir ki, yarışda 33 yaşlı qrossmeysterlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiana Karuana, Uesli So, Xikaru Nakamura (hamısı ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) iştirak edəcək.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər