Şəhriyar Məmmədyarov erməniyə qalib gəldi

1623

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Ermənistan – Azərbaycan – 1,5:2,5

Levon Aronyan – Şəhriyar Məmmədyarov – 0:1

Qabriel Sargissyan – Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan – Arkadi Naydiç – 1:0

Hayk Martirosyan – Rauf Məmmədov – 0,5 – 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər