Şəhriyar Məmmədyarov texniki qələbə qazandı

610

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un sonuncu mərhələsi olan “Sinkfild Kuboku”nda ilk qələbəsini qazanıb.

Modern.az xəbər verir ki, şahmatçımız 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi.

Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib. Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər