Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov 2-ci pillədə qərarlaşıb.
Ötən ayla müqayisədə bir pillə də irəliləyən və 2814 reytinq xal yığan Məmmədyarov yalnız Maqnus Karlsendən (2843) geri qalır. İlk üçlüyü 2800 xalla rusiyalı Vladimir Kramnik tamamlayıb.