“Sehrli xalat” filmindəki uşaq 69 yaşında – FOTO

1889

“Sehrli xalat” filminin Eldarının illər sonra fotosu yayılıb.

sumqayitxeber.com  ölkə.az-a istinadən bildirir ki, fotonu Azərbaycan kinolarının bilicisi Mahir Məmmədov sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, “Sehrli xalat” filmi 1964-cü ildə Əlisəttar Atakişiyevin rejissorluğu ilə çəkilib.

Görkəmli kino işçisi, ssenarist Yusif Mansur oğlu Şeyxov isə 1951-ci il fevralın 2-də Bakıda anadan olub. 1970 – 75-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.
Təhsilini başa vurduqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Sonralar Dövlət Kinematoqrafiya Komitəsində, “Azərprokat”, “Azərkinovideo” İB, Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb.

“Qobustan”, “Portret”, “Tokay Məmmədov, “Dua” və s. sənədli, “Qızıl”, “İt sərgisi” cizgi, eləcə də “Arxada qalmış gələcək” bədii filminin ssenari müəllifidir.

“Mozalan” satirik kinojurnalı üçün süjetlər yazıb. Milli kino sahəsində uzunmüddətli səmərəli xidmətinə görə, Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş Yusif Şeyxov Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edir.

Hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər