Səlahət Ağayev: “Bu sualı baş məşqçiyə verin”

980

“Sumqayıt”ın və milli komandanızın gənc çərçivə qorucusu Səlahət AğayevSportinfo.Az-a verdiyi müsahibəsində zədəsinin son durumundan, eləcə də komandasının uğursuzn çıxışından danışıb.

 

– Zədən artıq sağalıb?

– Bəli, demək olar sağalıb. Dünən zədədən sonra kollektivlə birgə ilk məşqə çıxdım

– “Rəvan”a qarşı növbəti tur matçında meydançaya çıxa biləcəksən?

– İnşallah hə. Hələ irəlidə daha dörd gün var. Hər şey qaydasındadır. Əgər belə dəvam etsə, “Rəvan”a qarşı çıxış edəcəm.

– Sən olmadığın dönəmdə “Sumqayıt”ın çıxışını necə dəyərləndirərdin? Səncə, yoxluğun hiss olunurdu?

– Xeyr, mənim yoxluğum hiss olunmadı. Mən olmayan müddətdə komanda çempionatda üç oyun keçirdi. Üçündə də Elçin Sadıqov çərçivəni qoruyub və deyərdim ki, mənim yoxluğumu hiss etdirməyib.

– Bəs, “Neftçi” ilə oyundakı 1:8 hesablı acı məğlubiyyət haqda nə deyə bilərsən? Həmin oyunda Anar Məhərrəmov qapıda dayanırdı.

– Bəli, “Neftçi” ilə oyunda çərçivəni Anar qoruyurdu. Çoxu 1:8 hesablı məğlubiyyətə görə, qapıçını günahlandırdı, amma, mən bununla razı deyiləm. Çünki həmin oyunda tək Anar yox, bütün komanda zəif çıxış etdi.

– Sentyabr ayından “Sumqayıt” qələbəyə həsrətdi. Uğursuzluğun bu qədər uzun olmasını nə ilə əlaqələndirərdin?

– Səbəbini bilmirəm. Bəlkə ola bilsin, zədəli oyunçular çox idi. Çünki stabil heyətlə meydançaya çıxa bilmirik.

– Zəif oyununuz buna səbəb ola bilməz? 

– Oyunla bağlı heç nə deyə bilmərəm, bu sualı baş məşqçiyə verin.

– Son turlarda hakim səhvləri çoxalıb. Hakimlikdən narazı olan klublardan biri də “Sumqayıt”dır. Məsələn, AZAL və “Qəbələ” ilə oyunlarda penaltiniz verilmədi…

– Hakimlik bağlı heçnə deyə bilmərəm.

– Bəlkə bütün bunlar hakimlər tərəfindən “Sumqayıt”a qarşı qərəzdi?

– Xeyr, mən elə düşünmürəm. Çünki baxdıq və gördük ki, “İnter”- AZAL oyununda da hakim “İnter”in təmiz penaltisini vermədi. Hər bir insanda səhv olur. Hakim də insandı səhv edə bilər.

 

Əliheydər ZEYNALZADƏ 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər