Ətraf rayonlardan gələcək vətəndaşlar nəqliyyatla təmin ediləcəklər
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Abşeron, Xızı rayonlarının və Sumqayıt şəhəri sakinləri üçün qəbul keçirəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, DSMF sədri Səlim Müslümov aprelin 10-da saat 11.00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının, aprelin 11-də saat 10.00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların “info @ sspf.gov.az ” elektron poçt ünvanı, 190 saylı “Qaynar xətt”, 172-5-05-25 nömrəli telefon vasitəsilə DSMF-nin Xaçmaz rayon şöbəsinə və 018-652-02-94, 018-652-01-98 nömrəli telefonlar vasitəsilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmələri xahiş olunur. DSMF sədrinin qəbuluna ətraf rayonlardan gələcək vətəndaşlar həmin gün səhər saat 09.00-da müvafiq rayon şöbələrindən yola düşəcək nəqliyyatla təmin ediləcək.
Ünvanına yazılan şikayətlərə səthi yanaşan məmur,qəbula gələn vətəndaşlara da o cür münasibət göstərəcək. Sadəcə olaraq ölkə rəhbərinə yenidən yalan məlumatlar verəcək.
pensiyanı düzgün hesablamayan, əmək stajını düzgün saymayan müfəttişlər və onların rəisləri qaçıb gizlənin. Səlim Müslümov gəlir.(Əjdahadır əjdaha.