Şəmkirdə faciə – 4 ölü

1418

Şəmkirdə göldə 4 nəfərin ölümü ilə nəticələnən faciə baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatıb.

 A.Qayıbovun, A.Tağıyevin və M.Məmmədovanın cəsədləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Əliyeva Zeynəb Ədalət qızının cəsədi polis əməkdaşları tərəfindən sudan çıxarılıb.
Şəmkirdə göldə batan 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. APA-nın qərb bürosunun xəbərinə görə, ölən şəxslər Göygöl və Daşkəsən rayon sakinləri Tağıyev Adil Valeh oğlu, onun həyat yoldaşı Əhmədova Məhəbbət Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır. Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək istəyərkən onlar da batıb.

Qeyd edək ki, göldə batan şəxslər həmin ərazidə çobanlıqla məşğul olublar.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

***** 22.03

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batmaları barədə məlumat daxil olub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

APA-nın qərb bürosunun xəbərinə görə, göldə batan şəxslərdən ikisi qadın, ikisi isə kişidir. Meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların kimliyi müəyyənləşdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər