Sertifikasiya imtahanında iştirak edən Sumqayıt müəllimləri yüksək nəticə göstəriblər. Onlardan biri də 11 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə Bəyəliyevadır.
İmtahanda yüksək nəticə göstərərək 59 bal toplayan Ülviyyə Bəyəliyeva sumqayitxeber.com-a açıqlamasında bildirib ki, sertifikatlaşmanın keçirilməsi müəllimlər üçün vacibdir: “Çünki hər bir müəllim daim öz üzərində işləməli, yeniliklərə açıq olmalıdır. Sertifikasiya öncəsi müəllimlər arasında böyük gərginlik var idi. Təbii ki, imtahan həyəcanı hamı kimi məndə də oldu.Amma bu sualları görənə qədər idi. Suallar nazirliyin müəllimlərlə keçirdiyi görüşlərdə dediyi qədər sadə və təqdim olunmuş çərçivə sənədə uyğun idi. İbtidai sinif proqramını tam əhatə edirdi. İki aylıq əziyyətdən sonra yüksək nəticə topladım. Bu uğuru qazanan bütün həmkarlarımı təbrik edirəm. İmtahanda Sumqayıt məktəblərindən olan müəllimlərin böyük əksəriyyətinin maksimum nəticələr göstərməyi Sumqayıt təhsilinin hər zamanki kimi öndə olduğunu bir daha sübut etdi. Bu bizim üçün qürurverici bir haldır. Bir neçə gün öncə abituriyentlərimizin Respublika üzrə ön sırada olmağı da Sumqayıt müəllimlərin yüksək peşəkarlığının nəticəsidir”
Sertifikasiya imtahanında yüksək nəticə göstərən Ülviyyə Bəyəliyeva:”Sumqayıt təhsili hər zamankı kimi yenə də öndə oldu”
•
2014