“Sevgilim Sumqayıt” tamaşası böyük maraqla qarşılanıb- FOTOLAR

1993

Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi qeyd olunub.

Yubley tədbirdində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkili Müşfiq Məmmədli, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Dram Teatrının yubileyi əlamətdar tarixə- Sumqayıtın 75 illiyinə təsadüf etdiyindən yubiley gecəsində kollektivin hazırladığı, Əməkdar incəsənət xadimi Əli Əmirlinin yazdığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Sevgilim Sumqayıt” dramı nümayiş olunub. Dram xəyanətə uğramış, sevgilisi tərəfindən atılmış qızın həyatından bəhs edir.Yeni tikilən şəhərə gələn kimsəsiz gənc qıza Sumqayıt qucaq açır. Onun zəhmətinə dəyər verilir. Vətənə layiq oğul böyüdür. Tamaşanın sonu günümüzü təsvir edir. Şəhər rəhbərliyi özünə ən böyük sevgi Sumqayıtı bilən ananı layiqincə qiymətləndirir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Dram Teatrının 55 illik yubileyi  münasibəti ilə kollektivi təbrik edib. “Sevgilim Sumqayıt” tamaşası canlandıran aktyor və aktirisalar təşkkür edib.

Şəhər rəhbəri Ümummilli Lider Heydər Əliyevin Sumqayıta həmişə diqqət yetirdiyini, incəsənətə xüsusi önəm verdiyini vurğulayıb. Bildirib ki, bu gün Sumqayıt Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir.

Zakir Fərəcov Sumqayıt Teatrının keçdiyi inkişaf yolundan, bu sənət ocağının tamaşaçıların maarifləndirilməsindəki xidmətlərindən danışıb. Qeyd edib ki, bu gün aparıcı teatrlarda çalışan bir çox sənətkarlar bu sənət ocağının yetirmələridir.

Tədbirdə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim olunub.
Medal YAP Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər