Gizir hadisəni tabel silahı ilə törədib
Bakı-Quba yolunda silahlı insident baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə, saat 23.30 radələrində Bakı-Quba yolunun 28-ci kilometrliyində, Sumqayıt ərazisində yerləşən Quba kafesində qeydə alınıb.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1984-cü il təvəllüdlü Azər Əsgərov “Makarov” markalı tabel silahı ilə Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Firuzə Əsədovaya bir dəfə atəş açaraq qətlə yetirib.
A. Əsgərov daha sonra tapançadan başına atəş açaraq özünə qəsd edib. Gizir ağır vəziyyətdə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polisdən həmçinin bildirilib ki, hərbçinin hadisəni törətməsinin motivi hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.
cooox romantikdi )))