“Səyyar könüllülük məktəbi” layihəsinin təlimləri keçirildi

893

“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı 27-29 aprel 2012-ci il tarixlərində Sumqayıt şəhər “British Council – Azərbaycan”-nın maliyyələşdirdiyi “Aktiv vətəndaşlar” proqramı çərçivəsində həyata keçirdiyi “Səyyar könüllülük məktəbi” layihəsinin təlimləri keçirildi

Müsahibə əsasında seçilmiş 20 Sumqayıt gənci birinci gün Ramiz Əliyevin təqdimatında “Könüllülük fəlsəfəsi” və Azərbaycanda könüllülük qanunvericiliyi” haqqında, növbəti gün Könül Cəfərovanın keçdiyi “EVS və Beynəlxalq könüllülük” mövzusunda sessiyalarda iştirak etdilər. Son olaraq isə Talıb Bayramov iştirakçılara “Auditoriyada işləmək bacarıqları və Təlimçilər üçün Təlim” keçdi.

Sonrakı mərhələdə təlimlərdə iştirak etmiş 20 gənc hər biri bir orta məktəbdə 50 şagirdə Könüllülük haqqında informasiya sessiyaları keçəcəklər. Başlıca məqsədi Sumqayıt gənclərinə fəal vətəndaşlıq, aktiv həyat tərzi, könüllülük prinsipləri və könüllülük fəlsəfəsi haqqında məlumat verməkdir. Gənclərdə könüllü işə həvəs oyatmaq, layihə müddətində ümumilikdə 800-ə yaxın gənc könüllülük haqqında məlumat əldə edəcək və layihənin sonunda  hər qrup kiçik könüllülük fəaliyyəti hazırlayıb həyata keçirəcəklər.

Qeyd edək ki, bu layihə “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatının “British Council – Azərbaycan”-nın “Aktiv vətəndaşlar” proqramı çərçivəsində həyata keçirdiyi ikinci layihədir. “Aktiv vətəndaşlıq məktəbi” adlı ötən ilkin layihədə 3 ay müddətində Sumqayıt gəncləri 8 müxtəlif mövzuda təlimlərdə iştirak  ediblər.

Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir. Layihənin rəsmi informasiya dəstəyi “168 saat” həftəlik qəzeti və www.sumqayitxeber.com saytıdır.

 

“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər