Şirin və cır narın orqanizmə faydaları — Qızdırmanı salır, diş ətini gücləndirir

4907

“Ölkə.Az” xəbər verir ki, nar qızdırmanı və yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır. İmmun sistemi gücləndirir, xərçəng xəstəliyindən qoruyur, təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Həmin xüsusiyyətlərinə görə nar, ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Narın qabıqlarından hazırlanan dəmləmə ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

Tərkibi antioksidantlar və virus əleyhinə bakteriyalarla zəngin olan nar meyvəsi zökəm xəstəliyində yaxşı təsir göstərir. Gün ərzində bir stəkan nar suyu içmək gün boyu gümrahlıq hissi yaradır.

Şirin nar mədənin fəaliyyətini genişləndirir, yanma hissini aradan qaldırır. Böyrək və qaraciyərində problemi olanlara nar şirəsi içmək xeyirlidir. Şəkər xəstələrinə isə cır nar şirəsini içmək məsləhət görülür.

Cır nardan hazırlanan narşərab həzm prosesinə kömək edir və sinqa xəstəliyinin müalicəsində yaxşı səmərə verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər