Şirvan şəhərində dəhşətli yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 4 nəfər vəfat edib.
Hadisə bir neçə dəqiqə əvvəl Şirvan şəhərinin girəcəyində, “Şirvan” sözü yazılan abidənin qarşısında baş verib.
90 OT 031 nömrəli “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. Maşında olan 3 qadın və kişi sürücü hadisə yerində vəfat edib.
Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.
***
Vəfat edən sürücünün 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlu olduğu müəyyən edilib.
***
Qəzada ölən qadınlar – Salyan rayon, Marışlı kənd sakini 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri- 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı və 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızıdır.