“Sizin qayğınız və diqqətinizlə biz birlikdə daha güclü olduq” – Sumqayıtdan Prezidentə yazırlar

1460

Vətəndaşlardan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

sumqayitxeber.com president.az saytında dərc olunan məktublardan bir neçəsini diqqətə çatdırır:

“Möhtərəm cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin “Kiçik bir Azərbaycan” adlandırdığı gözəl Sumqayıt şəhərinin ağsaqqalları adından Sizi salamlayıram.

Ulu Öndərimiz Sumqayıta, onun zəhmətkeş insanlarına və şəhərimizin inkişafına çox böyük diqqət yetirirdi. Sumqayıtın bir şəhər kimi formalaşması və inkişafı böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Biz sumqayıtlılar çox sevinirik ki, Ulu Öndərimizin şəhərimizə olan bu isti münasibəti Sizin tərəfinizdən uğurla davam etdirilir. Birbaşa diqqət və qayğınız sayəsində, xüsusən son illərdə şəhərimizdə yaradılan çoxsaylı sosial-ictimai və sənaye müəssisələri Sumqayıtı daha da inkişaf etdirmiş və müasir, abad, işıqlı bir şəhərə çevirmişdir.

Cənab Prezident, koronavirus pandemiyası nəticəsində bu gün dünya iqtisadi çətinlik və böhran girdabındadır. Mövcud çətinliklərə baxmayaraq, respublikamızda nəzərdə tutulan sosial layihələr dayandırılmır, qrafikə uyğun olaraq öz həllini tapır. Heç bir sosial proqram ixtisar olunmayan Azərbaycanda dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sumqayıt şəhərinə çəkilən yeni magistral qaz xətti də Sizin sumqayıtlılara yeni töhfəniz oldu. Bu alternativ qaz kəməri ilk növbədə sakinlərimizi və eləcə də sənaye müəssisələrini dayanıqlı qazla təmin edəcəkdir.

Hörmətli Prezidentimiz, Sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu qorxulu və dəhşətli koronavirus pandemiyasının yayılma sürətinin xeyli aşağı salınması mümkün oldu. Dünyada koronavirusla mübarizənin çox yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğu ölkələrdən biri də məhz Azərbaycandır. Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə pandemiyanın qarşısının alınması üçün görülən tədbirləri yüksək qiymətləndirir. Sizin tapşırığınıza əsasən şəhərimizdə ahıllara, 65 yaşdan yuxarı tənha insanlara, aztəminatlı ailələrə gündəlik qayğı və yardım göstərilir.

Cənab Prezident, həmişə olduğu kimi, bu gün də Sizin və Mehriban xanımın xalqa hansı məhəbbətlə bağlı olduğunuzu görürük. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər də xüsusi alqışalayiqdir. Siz həmişə əsl rəhbər kimi hər birimizə dayaq, dəstək olmusunuz. Sizə Sumqayıtın çoxsaylı ağsaqqallarının, şəhər əhalisinin dərin hörmət və ehtiramını, şəhərimizin inkişafına, çiçəklənməsinə göstərdiyiniz diqqətə və qayğıya görə minnətdarlığını, təşəkkürünü çatdırıram. Xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə Sizə, hörmətli Mehriban xanıma, ailənizə möhkəm cansağlığı, daha böyük uğurlar arzu edirik.

Uca Tanrı Sizi Qorusun!

Dərin hörmətlə, Müzəffər Gülümov

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü”

***

Hörmətli cənab Prezident.

Sizin tapşırığınıza əsasən xalqımızın sağlamlığının müdafiəsi üçün koronavirusa qarşı ardıcıl olaraq şəhərimizdə və qəsəbəmizdə aparılan tibbi-profilaktik dezinfeksiya işləri davam etməkdədir. Bununla yanaşı, dövlətimiz tərəfindən qəsəbə sakinlərinə göstərilən diqqət və qayğı, davamlı olaraq göndərilən maddi yardımlar bizi çox sevindirir.

Görülən məqsədyönlü tədbirləri ancaq Sizin uğurlu siyasətinizin nəticəsi saymaq olar. Ümid edirik ki, ölkəmizin koronavirus üzərindəki qələbəsi dövlətimizin növbəti bir uğuru olacaqdır.

Xalqımızın rifahı naminə gördüyünüz işlərə görə Sizə qəsəbə sakinləri adından təşəkkür edirik.

Hörmətlə,

Abbasov Abduləli

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.

***

Hörmətli cənab Prezident.

Bu gün dünya koronavirus pandemiyasının yaratdığı problemlər, böhranlar ilə üz-üzə qalıb. COVID-19 pandemiyası ən inkişaf etmiş ölkələri belə çətin və acınacaqlı vəziyyətə salıb. Bəşəriyyəti lərzəyə salan bu bəla Azərbaycandan da yan keçmədi. Belə bir ağır, fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və fəsadların aradan qaldırılmasına yönəldildi. Görülən bütün bu tədbirlər xalqımızı xəstəliyin acı nəticələrindən qorudu. Məktəblərdə təhsilin dayandırılması, sərhədlərin vaxtında bağlanması, müasir tipli yeni xəstəxananın istifadəyə verilməsi, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, aztəminatlı ailələrə sosial müavinət və yardımların ayrılması, ən əsası isə mənəvi dəstəyiniz, “Biz birlikdə güclüyük!” kimi müdrik çağırışınız bu vəziyyətdən ən az itki ilə çıxmağımızla nəticələndi.

Cənab Prezident, görülən bütün bu işlər sübut etdi ki, dövlət başçısı kimi Sizin üçün hər şeydən vacib xalqın sağlamlığının qorunmasıdır.

Hörmətli cənab Prezident, xalqa sahib çıxdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bu ölkənin vətəndaşları da Sizin müdrik və uzaqgörən siyasətinizi həmişə dəstəkləyir və daim arxanızdadırlar. Var olun!

Hörmətlə,

Rəşidova Esmira Xankişi qızı, İ.Qayıbov adına 1 № tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.

***

Hörmətli cənab Prezident.

İki aydır ölkəmiz dünyada hökm sürən COVID-19 virusu ilə mübarizə aparır. Sizin bu çətin dövrdə göstərdiyiniz təşəbbüslər, səylər nəticəsində, İnşallah, bu virusdan azad olarıq. Sizin qayğınız və diqqətinizlə biz birlikdə daha güclü olduq. Biz bu dövr ərzində paylaşmağı, bir-birimizə qayğı, diqqət göstərməyi özümüzə daha çox borc bildik. Sizin kimi Liderimiz olduğuna görə çox şanslı millətik. Siz xalqımızın bu çətin dövründə evdə qalmağımız üçün bizlərə hər cür şərait yaratdınız. Sizin xalqımızın rifahı naminə verdiyiniz qərarlar, etdiyiniz yardımlar çox qayğıkeş, xalqını, millətini düşünən insan olduğunuzu bir daha sübut etdi. Həkimlərimizə, polislərimizə və bütövlükdə koronavirus pandemiyası ilə mübarizə aparan hər bir vətəndaşa dəstək göstərirsiniz. İnşallah, tezliklə bu ağır bəladan qurtularıq və xalqımız yenidən xoş, sevincli, sağlam günlərinə qovuşar. Biz bu günlərə inamla addımlayırıq. Biz birlikdə güclüyük. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Sizin kimi xalqını, millətini özündən daha çox düşünən dövlət başçımız və Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Yaşasın Azərbaycan! Yaşasın Prezidentimiz!

Hörmətlə,

Abbasova Ləman Cahangir qızı.

***

Möhtərəm cənab Prezident.

Sizin sayənizdə ölkəmizin nə qədər güclü olduğunu bütün dünyaya sübut etdik. İnanırıq ki, Sizin sayənizdə bu sınaqdan da uğurla çıxacağıq.

Xalqımızın üzləşdiyi koronavirus (COVID-19) bəlasına qarşı gərgin mübarizə apardığımız bir dönəmdə vətəndaşlarımıza, xaricdə yaşayan soydaşlarımıza yorulmadan göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Əsədov Əlövsət Mirqamət oğlu, gənc xanəndə.

***

Hörmətli cənab Prezident.

Verdiyiniz vacib qərarlar və tapşırıqlar nəticəsində Azərbaycan COVID-19 virusundan ən az əziyyət çəkən ölkələrdən oldu. Avropanın bir çox ölkələri bu pandemiya qarşısında aciz qalaraq ağır itkilər verdi. Amma Azərbaycan bu aqibəti yaşamadı. Yəhudilərin müqəddəs bayramlarından olan Pesax bayramı bu vaxta düşməsinə baxmayaraq, hər bir yəhudi “Evdə qal!” çağırışına riayət edərək, bayramlarını öz evlərində keçirdilər. Azərbaycanda bütün millətlər hər zaman Sizin qayğınızı, diqqətinizi hiss ediblər. Məhs hazırki vəziyyətlə bağlı bu vacib qərarlara görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əbilov Nəsimi Novruz oğlu,

Sumqayıt şəhər Yahudi Dini İcmasının təsisçisi, Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri.

***

Hörmətli cənab Prezident.

Sizin müdrikliyiniz və uzaqgörən siyasətiniz Azərbaycanımız pandemiyadan ən yüksək səviyyədə qorudu. COVID-19 infeksiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz təxirəsalınmaz tədbirlərə, bu virusun gələcəyimizi əlimizdən almasına mane olduğunuza və ən əsası, xalqın təkcə Prezidenti deyil, həm də qəhrəmanı olduğunuza görə bir ana, gələcək nəslin təlim və tərbiyəsində əməyi olan bir müəllim kimi Sizə minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Siz Vətənimiz qarşısındakı xidmətlərinizlə Azərbaycan xalqının qəlbində özünüzə möhtəşəm bir abidə ucaltmısınız.

Cənab Prezident, onu da bildirmək istəyirəm ki, Sizin millət, Vətən sevginizin qarşılığı ümumxalq sevgisidir. Azərbaycanımız naminə gördüyünüz hər bir işə görə Sizə minnətdarıq. Allah Sizi qorusun.

Cənab Prezident, “Biz birlikdə güclüyük!” çağırışınıza uşaqdan böyüyə hamımız qoşularaq hər zaman Sizə dəstək olmağa hazırıq.

Ailə üzvlərimin adından və şəxsən öz adımdan Sizə və Mehriban xanıma təşəkkür edir, Ramazan günlərində Uca Allahdan Sizi və xalqımızı qorumasını arzu edirəm.

Hörmətlə,

Musayeva İnarə.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər