Güclü külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə edilib.
Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov məlumat verib.
“30-35 metr/saniyədə külək gözlənildiyi üçün bütün işlər dayandırılıb, 700-ə yaxın işçi quruya təxliyə olunub”, – İ. Əhmədov qeyd edib.