“SOCAR Karbamid” zavodunun gəlirləri 6 dəfə artıb

711

Ötən il Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “SOCAR Karbamid” zavodunun gəlirləri 6 dəfə artaraq 223 milyon manatdan çox olub.

“Report”un iqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, son 3 il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib.

Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87 %-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.

Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər