“SOCAR Polymer” Sahə Operatoru vəzifəsinə işçi axtarır
VƏZİFƏ HAQQINDA MƏLUMATLAR
Vəzifə: Sahə Operatoru
Şöbə: Əməliyyatlar
İş qrafiki: 12 saatlıq iş qrafiki
İş yeri: Sumqayıt
VƏZİFƏ FUNKSİYALARI
• Qurğunun istismar hissəsinə görə məsuliyyət daşıyır. Bütün texnoloji idarəetmə avadanlıqlarına nəzarət edir və onu idarə edir. Bütün qurğu prosedurlarını şərh edir və icra edir;
• Qurğunun istismarına rəhbərlik edir;
• İstehsalat avadanlıqlarına nəzarət edir və nasazlıqları aşkar edib aradan qaldırır;
• Qurğuda texnoloji prosesin fasiləsiz getməsini təmin edir;
• Qurğunun texnoloji prosesini izah edən və təfsilatı ilə sifarişə uyğun olan hesabatları oxuyur və başa düşür;
• Texnikanın və qurğunun texnoloji prosesinin icrasını qiymətləndirir və səmərəliliyin artırılması üçün təkliflər verir;
• Qurğu və texnika ilə işəyir və onu idarə edir;
• Avadanlıq üzərindəki cihazlar lövhəsinin göstəricilərini oxumaqla istismarın uçotunu hazırlayır;
• Texnikanın nasazlığına nəzarət edir və vəzifəli şəxslərə bu haqda məlumat verir;
• Neft emalı avadanlıqlarının texniki xidmətinə və təmirinə diqqət yetirir;
• Ümumi təsərrüfat işlərini aparır;
• Bütün təhlükəsizlik, mühafizə və ətraf mühit qaydalarına riayət edir;
• Texnoloji prosesdən yayınmaları aşkar edir və köklü səbəblərin/bərpa tədbirlərinin araşdırılmasını aparır;
• Sahə təftişlərini və auditlərini aparır;
• Hər iş növbəsinin əvvəlində miqyas dəqiqliyinin kalibrləmə yoxlanışlarını aparır;
• İstismar, profilaktik və müntəzəm texniki xidmət aparır;
• Problemləri həll etmək üçün elmi qayda və metodlardan istifadə edir;
• Qurğu-avadanlıqların düzgün işləməsini təmin etmək üçün ölçmə cihazlarının və ya digər qurğu NÖC-lərini müşahidə edir;
• Rəhbərliyin həvalə etdiyi başqa vəzifələri icra etmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR
Funksional
• Təhlükəsiz iş metodlarını yüksək səviyyədə bilməlidir;
• Dillər: Azərbaycan dilini yüksək səviyyədə və texniki ingilis dilini bilmək.
Davranış
• Planlaşdırma və təşkilat;
• Problem həll etmə;
• Vaxtın idarə edilməsi;
• Nəticə yönümlü;
• Komanda yönümlü;
• Yaxşı ünsiyyət bacarığı.
Təhsil və təcrübə
• Texniki sahədə təhsilə (universitet və ya peşə məktəbinin) malik olmaq;
• Oxşar sənaye sahəsində ən azı 2 illik praktiki təcrübə.
MÜRACİƏT PROSEDURU
Maraqlanan namizədlər aşağıdakı linkə daxil olub müraciət formasını doldurmalıdırlar:
https://socarpolymer.az/az/career/experienced-professionals/
Bu vakansiya Azərbaycan vətəndaşlarına və ya Azərbaycanda daimi yaşamaq hüququna malik olan şəxslərə şamil edilir. Bütün münasib müraciətlər heç bir ayrı-seçkilik olmadan bərabər imkanlar əsasında nəzərdən keçiriləcək və qiymətləndiriləcəkdir.
Son müraciət tarixi: 4 noyabr 2018-ci il