“SOCAR Polymer”in məhsulları Rusiya və Qazaxıstana ixrac edilir – FOTO

1233

“SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen və polietilen məhsulu Rusiya və Qazaxıstana ixrac edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata əsasən, şirkətin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək yola salınır.

Artıq 18 vaqona yüklənmiş 1 140 ton polipropilen və polietilen, 2 363 kilometr yolu qət edərək Rusiyanın Noqinsk stansiyasına çatdırılıb.

Mart ayının axırına qədər daha 2 460 ton polipropilen və polietilen 39 vaqona yüklənərək eyni ünvana göndəriləcək.

Bu ayın sonuna qədər 800 ton polipropilen 13 vaqonla Qazaxıstanın Atırau stansiyasına göndəriləcək.

Qeyd edilib ki, Qazaxıstana yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1 202 kilometr yol qət edir.

Marşrut boyu daşımanı “ADY Express” şirkəti həyata keçirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər