ŞOK İDDİA: ABŞ Qarabağda qoşun yerləşdirmək üçün BMT-dən mandat istəyib

838

ABŞ Dağlıq Qarabağda öz sülhməramlı qoşunlarını yerləşdirmək üçün BMT-dən mandat istəyib”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri rusiyalı politoloq, Qara dəniz və Xəzər regionu Siyasi  və Sosial Tədqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov “Arqumenti i Faktı” qəzetinin mətbuat mərkəzində Dağlıq Qarabağda erməni separatçı hərəkatının 25 illiyinə həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, ABŞ artıq iki dəfə Dağlıq Qarabağda öz sülhməramlı qoşunlarını yerləşdirmək üçün BMT-yə müraciət edib: “Lakin BMT buna hələ müsbət cavab verməyib”.

 

ABŞ-ın İrana hücumla bağlı planlarını təxirə salmadığını söyləyən politoloq Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsinin bu planın tərkib hissəsi olduğunu bildirib: ”Əfqanıstandan çıxarılan ABŞ qoşunları Azərbaycana yerləşdiriləcək. İranla müharibə ssenarisi isə Azərbaycan qoşunlarının Dağlıq Qarabağa geniş miqyaslı əməliyyatları ilə başlanacaq. Sonra ABŞ qoşunları sülhməramlı niyyətlə Dağlıq Qarabağa daxil olacaqlar. Beləliklə, Dağlıq Qarabağda Azərbaycanın istəyi ilə ABŞ qoşunları sülhməramlı qüvvə kimi yerləşdiriləcək”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər