Azərbaycanda ötən beş ildə doğulan oğlan uşaqlarına daha çox Yusif, qızlara isə Zəhra adı verilib.
Lent.az-ın məlumatına görə, belə ki, ötən beş ildə 12542 oğlana Yusif, 11951 qıza isə Zəhra adı verilib.
Qızlarına Nuray adını qoyanlar da artıb. Ötən beş ildə qeyd olunan ad Fatimə adını üstələyib. Belə ki, ötən beş ildə 8592 qıza Nuray, 7237 qıza isə Fatimə adı verilib.
Son beş ildə 9120 oğlana Əli, 8944-nə isə Hüseyin, 6970 qıza Zeynəb, 6713 oğlana Ömər adı verilib.
Qeyd olunan vaxt ərzində 6709 qız Aylin, 6420-si Məryəm, 5879 oğlan uşağı isə Məhəmməd adlandırılıb.
Son beş ildə əhali arasında xeyli populyarlaşan adlar da məlum olub. Bu müddət ərzində 4650 körpəyə Dəniz, 5672-nə Uğur adı verilib. Tunar (4167 ad), İnci (3579 ad), Nur (1720 ad), Onur (1132 ad), Fateh (1039 ad), Nilay (2119 ad), Əsnad (2119 ad) kimi adların verilməsi də xeyli artıb.