Son bir həftədə Azərbaycanda 12 qadın qətlə yetirilib – VİDEO

1945

Son günlər qadınların qətlə yetirilməsi ilə bağlı cinayət işləri artıb.

Demək olar ki, hər gün sosial şəbəkələr və mediada qadınların zorakılıq nəticəsində ərləri tərəfindən qətlə yetirilməsi barədə xəbərlər oxuyuruq. Son günlər yalnız məlum olan 12 cinayət hadisəsində qadınlar zorakılıqla öldürülüblər. Bəs bunun yaranma səbəbi nədir və qarşısını necə almaq olar?

Xezerxeber.az-ın məlumatına görə, öldürülən qadınların hər biri fərqli bölgələrdən olsalar da, taleləri bənzərdir. Son bir həftədə ölkə ərazisində 12 qadın qətlə yetirilib.

Onlar Daşkəsən, Gəncə, Tərtər, Beyləqan və paytaxtda müxtəlif səbəblərdən ərləri tərəfindən ya döyülərək, ya da digər yollarla öldürülüblər.

Məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də münasibət bildirib.

Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, qadına qarşı şiddət daim komitənin diqqət mərkəzindədir. O bildirib ki, Azərbaycanda hər il məişət zorakılığı ilə bağlı təxminən 850-900 cinayət və inzibati iş olur. Bu faktların 86 faizi qadınlara və qız uşaqlarına qarşı edilir.

Komitə sözçüsü bildirib ki, qadınlar bu cür hallarla qarşılaşmamaları üçün, ilk növbədə, qanunvericilikdə ciddi dəyişikliklər olmalıdır.

Sosioloqlar da bu məsələyə xüsusi həssaslıqla yanaşılmağın vacib olduğunu deyirlər.

Sosioloq Əhməd Qəşəmoğlu təklif edir ki, belə halların qarşısını almaq üçün ailəni qoruyan yeni mexanizmlər hazırlanmalıdır.

Qeyd edək ki, hər gün dünyada hər 3 qadından biri zorakılığa məruz qalır. Bu isə dünya üzrə 1 milyard qadın deməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər