SON DƏQİQƏ:Kürəkən arvadını və qayınanasını qətlə yetirərək yandırıb

1027

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov 85 yaşlı bibisini – qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər