SON DƏQİQƏ: Bakıda yaşayış binasında yanğın başlayıb

1230

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

***

Bakıda yaşayış binasında qaz sızmasından yanğın baş verməsi barədə xəbərlərə aydınlıq gətirib.

FHN-dən “Report”a daxil olan məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının blokunda mərtəbələr arasında 5 m2 sahədə məişət tullantıları yanıb: “Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil. Əlavə məlumat veriləcək”.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev də “Report”a açıqlamasında bildirib ki, bu gün Nizami rayonu, Qara Qarayev prospekti 92 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğına səbəb məişət tullantıları olub. O deyib ki, yanğına səbəb qaz sızması olmayıb: “Hadisə məişət tullantılarının yanması səbəbindən baş verib. Yanğının qaz təsərrüfatına aiddiyyətə yoxdur və hər hansı qaz sızması qeydə alınmayıb”.

BİZİ FACEBOOK SƏHİFƏMİZDƏN İZLƏYİN:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər