Yaponiya və Çində dəhşətli zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.
Bildirilib ki, Yaponiyada 6,4 bal, Çində isə 6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Avropa Seysmoloji Araşdırmalar Mərkəzi Yaponiyanın Niqaata əyalətində baş verən sarsıntının 6,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı verilib. Sunami dalğalarının 1 metrdən hündür olacağı ehtimal edilir.
Çindəki zəlzələ isə Sicuan əyalətində meydana gəlib. İlkin məlumata görə, 12 nəfər ölüb, 125 nəfər xəsarət alıb.