Sosial ev almaq istəyənlərin NƏZƏRİNƏ

460

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) oktyabrın 16 və 18-də güzəştli mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib.

Lent.az -a MİDA-nın mətbuat xidmətindən bildirilib ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir və yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az)) vasitəsilə “Güzəştli mənzil” sisteminə daxil olmaları tövsiyə olunur. Bu onlara Elektron İmza və ya Asan İmzanın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.

Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxs mütləq “Güzəştli mənzil” sistemində öz elektron kabinetinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində agent bankdan aldığı razılıq qərarını imzaladığına bir daha əmin olmalıdır.

Mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “Seçimlər” mərhələsində “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodu mütləq daxil edilməlidir. Müvafiq xanada əks olunan “CAPTCHA” kodu yalnız ingilis hərfləri ilə (böyük və ya kiçik hərflərlərdən istifadə etməyiniz fərq etmir) olmalıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Gunay
    Noyabr 14, 2019 - 17:16

    Salam men sosial ev almaq ucun sie muraciet etmek isteyirem. nagd almaga imkanim olmadigi ucun sosial ev almaq isteyirem.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər