Sumqayıt sakinləri uzun müddətdi soyuqdan əziyyət çəkdiklərini Milli.Az-a müraciət etməklə bildirdilər. Müraciətdə deyilir ki, artıq 20 ilə yaxındır Sumqayıt şəhərində istilik sistemləri işləmir.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev gənclər şəhərinin sakinlərinin “Sumqayıtda istilik yoxdur” fikrini yalan adlandırdı. Xidmət rəisi Milli.Az-a açıqlamasında bildiridi ki, şəhərin 3, 5, 17, 18-ci mikrorayonları, 6, 8, 10, 12 və 18-ci qarışıq məhəllələri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ümumilikdə 226 yaşayış binası “Azəristilik” tərəfindən istiliklə təmin olunur.
Onun sözlərinə görə, Sumqayıtdakı bütün binalar vaxtilə 1 saylı istilik elektrik mərkəzindən istilik alıb. Lakin 1995-ci il yanvarın 31-dən həmin mərkəz fəaliyyətini dayandırıb və şəhər istilikdən məhrum olmuşdu. 2007-ci ildən etibarən “Azəristilik” tərəfindən 10-a yaxın qazanxana yaşayış binaları üçün modernləşdirilərək istifadəyə verilib. Eyni zamanda 20-yə yaxın məktəb və uşaq bağçasının binadaxili istilik sistemi bərpa olunub və mərkəzləşmiş istilik sisteminə qoşulub.
R.Əliyev əlavə etdi ki, Sumqayıtda yerdə qalan binalar ölkə prezidentinin “2009-2013-cü il Regionların siosial iqtisadi inkişafı” proqramı çərçivəində mərhələli şəkildə istiliklə təmin olunacaq. Hələ Sumqayıtda istiliklə təmin olunmayan çox ev var.
Anar Məmmədov
Milli.Az
1982ci ilde peterburqun yarisi istilik sistemi ile tehciz olunmushdu ama bizde hele 1945cilin qishini yashayiriq
Rafiq Əliyev yalansa senin bawva daw duwsun ele istilik sistemleri var gel gedek mene suburt eleki istilik sistemleri var
Sahilə İBRAHİMOVA xaiw edirem senden az xeber verin amma duzgun xeberler verin siz ozunuzun gorduklerini yox bizim gorduklerimizi xeber verin