Spirtli içkinin ürəyə xeyri aşkarlandı

1277

Alimlər ürək çatışmazlığı diaqnozu qoyulmuş yaşlı insanlarda ölüm riskinin azalması ilə  mütəmadi, lakin az miqdarda spirtli içki qəbulu arasında əlaqə aşkarlayıb.

Oxu.Az xəbər verir ki, Vaşinqtonun Tibb Universitetinin mütəxəssislərinin apardığı araşdırmanın nəticələri “EurekAlert!” portalında dərc olunub.

Müşahidə xarakterli araşdırmada ürək-damar sisteminin pozuntuları olan 393 pasiyent iştirak edib.

Məlum olub ki, həftədə yeddi dəfə və ya daha az standart porsiyalarda spirtli içkinin qəbulu, içməyənlərlə müqayisədə xəstələrin ömrünü 393 gün uzadıb. Diaqnozun qoyulduğu vaxtdan bəri orta sağ qalma müddəti 7,5 il təşkil edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər