Bu gün Sumqayıtda İnformasiya Texnalogiyaları Akademiyasında Startup Azərbaycan layihəsi çərçivəsində developerlərin, proqramçıların və digər İT mütəxəssislərin, ekspertlərin və startupçıların Toplantısı keçirilib.
StartUp Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz Startup Azərbaycan layihəsinin məqsədi haqqında və StartUp Azərbaycan Layihəsi haqqında geniş məlumat verib. O, StartUp Azərbaycan layihəsinin əsas məqsədləri, Layihə çərçivəsində hazırda davam edən Müsabiqə Qaydaları, StartUp Azərbaycan çərçivəsində həyata keçiriləcək tədbirlər, qarşıdakı Startup Weekend tədbirləri və startupçılar üçün keçiriləcək Təlimlərlə bağlı məlumatlar verib. O, həmçinin yekun təqdimat mərasiminin və finalçıların investorlarla görüşlərinin İyunun sonlarında keçiriləcəyini qeyd edib.
Tədbirdən hazırlanmış fotoları təqdim edirik: