STM-də ilk dəfə azyaşlı üzərində icra olunan bu əməliyyat uğurlu oldu

553

Musavat.com xəbər veruir ki, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Xəstəxanasında ilk dəfə bud sümüyünün titan elastik millə sümükdaxili osteosintez əməliyyatı icra olunub.

7 yaşlı uşaq üzərində həyata keçirilən cərrahi əməliyyat Uşaq Xəstəxanasının travmatoloq-ortopedləri Rusif İsmayılov və Məharət Xasayev tərəfindən uğurla başa çatıb.

Qeyd edək ki, cərrahi əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.

Hazırda əməliyyat olunan uşağın vəziyyəti stabil qiymətləndirilir və xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər